30 Ekim 2025, Perşembe
02:28

Gripin Bakıda möhtəşəm konsert verdi!

Gripin Bakıda möhtəşəm konsert verdi!

Haber : Zeynep Abbasova

Gripin Bakıda möhtəşəm konsert verdi!


Türkiyənin məşhur “Gripin” qrupu 26 oktyabr tarixində Bakıdakı Heydər Əliyev Sarayında unudulmaz konsert proqramı ilə çıxış edib. Konsert Event Office təşkilatçılığı ilə baş tutub.

Sevilən qrupun ifasında səslənən “Sensiz İstanbul”, “Vazgeç Gönül”, “Durma Yağmur Durma” kimi hit mahnılar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Zalda yüksək enerji və emosional anlar yaşanıb.

“Gripin” üzvləri Bakıda gördükləri səmimi münasibətdən məmnun qaldıqlarını bildirərək, yenidən Azərbaycan tamaşaçıları ilə görüşmək arzusunda olduqlarını qeyd ediblər.